Dünyadan

35 yaşlı futbolçuya 40 milyon avro qiymət qoyuldu

İspaniya La Liqasında mübarizə aparan “Atletik” klubu hücumçusu Arits Adurislə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, 35 yaşlı futbolçuyla ilə müqavilənin müddəti 2018-ci il iyunun 30-a kimi uzadılıb.

Bilbaolular Adurisin sərbəst qalma qiymətini 40 milyon avro qoyublar.

Qeyd edək ki, İspaniya millisinin üzvü olan Aduris 2012-ci ildən çıxış etdiyi “Atletik”də 201 oyunda 108 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43