Ölkə futbolu

4 futbolçu “Neftçi”dən ayrılır

“Neftçi”nın yetirmələrindən 4-ü Azərbaycanın 16 yaşadək milli komandasına dəvət olunub.

Kamran İbrahimov, Elvin Əyyubov, Fərid Səmədov və Pərviz Novruzlu U-16-nın seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq prosesi yanvarın 16-dan 19-dək Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43