Ölkə futbolu

4 futbolçu “Qəbələ”nin kollektivindən ayrı düşdü

Cari mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 5-ci gününü 2 məşqlə yekunlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun komandası dünən günün ilk yarısında keçirilən məşq prosesində əsasən topsuz çalışmalara üstünlük verib.

“Qırmızı-qaralar” ikinci hazırlıq zamanı topla məşq edib. Bərpa prosesi keçən Baqali Dabo, Məhəmməd Mirzəbəyov, Elvin Camalov və Murad Musayev fərdi hazırlıqla kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43