Ölkə futbolu

4 oyunda 6 qol – mövsümdə 2-ci

Topaz Premyer Liqasının X turu aşağı məhsuldarlıqla diqqət çəkib.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun 4 qarşılaşmasında cəmi 6 qol vurulub. Bunun yarısı “Qəbələ” – “Sabah” görüşünə təsadüf edib – 2:1. “Qarabağ” – “Sumqayıt” oyununda (2:0) iki, “Keşlə” – “Neftçi” matçında (0:1) bir qol qeydə alınıb. “Zirə” – “Səbail” qarşılaşması isə 0:0 hesabı ilə nəticələnib.

Turun orta məhsuldarlığı 1,5-ə bərabər olub. Bu, cari mövsümün iki ən aşağı göstəricisindən biridir. Belə ki, sentyabrın 14-16-da keçirilən IV turda məhsuldarlıq daha aşağı olub. Bir oyununun nəticəsi ləğv olunan və texniki nəticəylə yekunlaşan turun digər 3 qarşılaşmasında cəmi 4 top qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43