Dünya futbolu

40 yaşlı qapıçı karyerasını başa vurdu

“Monako”nun qapıçısı Morqan De Sanktis karyerasını bitirib.

Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

İtalyan qolkiper 40 yaşında karyerasını bitirmək qərarına gəlib. Onun sabiq klubu, 3 il şərəfini qoruduğu “Roma”ya qayıdaraq, menecer kimi çalışacağı deyilir.

Qeyd edək ki, karyerası ərzində “Monako”dan başqa, “Napoli”, “Roma”, “Qalatasaray”, “Sevilya”, “Udineze”nin şərəfini qorumuş, 6 dəfə İtaliya millisinin formasını geymiş De Sanktis son mövsümdə 8 oyunda şans qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43