08 Sentyabr 2024
Dünya futbolu

“42 xal çox sevindiricidir, gizlətmirəm” – Yurgen Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 19-cu turunda “Bernli” üzərində qazanılan qələbəni (1:0) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis komandasından çox razı qaldığını bildirib:

“42 xal çox sevindiricidir, gizlətmirəm. Bu, həqiqətən gözəldir. Mövsümün ilk hissəsi tamamlandı və onu necə başa vurduğumuzdan tam razıyam. Hər şey mükəmməl deyildi, amma hər şey qaydasında idi. “Arsenal” qələbə qazansa, onlardan bir xal geri qalacağıq. Deməli, yarışın içindəyik”.

Mersisaydlıların məğlubiyyətsizlik seriyası 12 matçdır – 7 qələbə və 5 heç-heçə.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43