Dünyadan

42 yaşlı futbolçu yeni müqavilə imzaladı

Bir vaxtlar “Real” və “Bavariya” kimi klublarda oynamış Ze Roberto çıxış etdiyi Braziliyanın “Palmerias” klubu ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, 42 yaşlı futbolçunun müqaviləsi daha bir il uzadılıb.

Qeyd edək ki, Braziliya millisinin sabiq yarımmüdaiəçisi ötən il “Gremio”dan transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43