Dünya futbolu

48 il sonra ilk italiyalı

”Avstraliya Open”də 2 həftəlik mübarizə başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, kişilərin finalında italiyalı Yannik Sinner və rus Daniil Medvedev üz-üzə gəlib. Görüş Medvedevin üstünlüyü başlayıb. Rusiyalı tennisçi ilk 2 seti aktivinə yazdırıb.

3-cü setdən başlayaraq Sinner geri dönüş yaratmağı bacarıb və görüşü 3-2 hesabıyla qazanıb. Sinner 48 il sonra böyük dəbilqə qazanmağı bacaran ilk italiyalı tennisçi olub.

Medvedev isə 2022-ci ildən sonra 2-ci dəfə “Avstraliya Open” finalında 2-0 öndə olduğu oyunu uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43