BATE “Qarabağ”ın avrokuboklardakı uğurlu seriyasına son qoyub.
İdmanxeber.az-ın məlumatına görə, 2013-cü ildən bu yana avrokubokların təsnifat mərhələsində heç bir komandaya öz meydanında uduzmayan Ağdam təmsilçisi ötən gün Belarus klubuna boyun əydi.
Sonuncu dəfə öz meydanında Almaniyanın “Ayntraxt” klubuna məğlub olan (0:2) Qurban Qurbanovun yetirmələri 5 ildən sonra ilk dəfə təsnifat mərhələsində ev yenilgisi ilə üzəşdi.
“Köhlən atlar” 2013-cü ildən bu yana keçirdiyi 14 görüşün 8-də qələbə qazanıb, 6-da heç-heçə etmişdi.
Qeyd edək ki, “Qarabağ”ın BATE ilə cavab oyunu avqustun 14-də Belarusda, “Borisov Arena”da baş tutacaq.