24 Yanvar 2020
Kateqoriyasız

50-ci qələbə

Azərbaycan kubokunun 1/8 final mərhələsi “Keşlə” üçün əlamətdar hadisə ilə yadda qalıb.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən Bakı klubu yarışın tarixində 50-ci qələbəsini qazanıb. Paytaxt təmsilçisinin yubileyi 1/8 finalın “Kəpəz”lə görüşünə təsadüf edib. Bu qələbələrdən 29-u evdə, 20-si səfərdə, 1-i neytral meydanda qazanılıb.

3:1 hesabı ilə qalib gələn “Keşlə” kubokda 50 və daha çox qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Yalnız üç komanda – “Neftçi”, “Qarabağ” və “Kəpəz”in qalib gəldiyi matçların sayı daha çoxdur.

“Kəpəz”in qapısına vurulan 3-cü top “Keşlə”nin öz meydanında vurduğu 90-cı qol olub. Yubiley topuna Xəzər Mahmudov imza atıb. Bakılılar həm də evdə 40-cı qolu buraxıb. Qonaqların heyətində Nodar Məmmədov fərqlənib.

Oxşar xəbərlər

Ramil Şeydayev “Dinamo”dan ayrılır

admin

“Öz səhvlərimizdən çempionluğu son turlarda əldən verdik” – “Neftçi”nin futbolçusu

admin

“Qarabağ” üçün şad xəbər

admin