Kateqoriyasız

7-ci dəfə 7 qələbə ilə

Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ” 7 oyunda 7 qələbə qazanıb. Matc.az xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk yeddi turda xal itirmir.

İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub.

Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

1992 Neftçi 7 7 0 0 20-2 14
1994/95 Neftçi 7 7 0 0 26-3 14
1996/97 Neftçi 7 7 0 0 30-2 21
2000/01 Neftçi 7 7 0 0 22-2 21
2003/04 Şəfa 7 7 0 0 22-2 21
2007/08 Xəzər Lənkəran 7 7 0 0 16-2 21
2019/20 Qarabağ 7 7 0 0 17-1 21

Startdakı ardıcıl qələbələr üzrə rekord “Neftçi”yə məxsusdu. Bakılılar 1992-ci ildə 12, 1994/95 mövsümündə 10  (qələbəyə görə 2 xal verildiyi çempionatlar), 1996/97 mövsümündə 9 qələbəni sıralayıb. “Şəfa”nın seriyası 8 oyun sürübsə, “Neftçi”nin son uğurlu startı və Lənkəran təmsilçisi 7 qələbə ilə kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43