Ölkə futbolu

7 futbolçu “Qarabağ”ın düşərgəsinə qatıldı

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə,  Bosniya və Hersoqovina millisində olan İbrahim Şehiç və yığma komandamıza dəvət alan 6 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov,  Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılov dünəndən etibarən komandanın təlim-məşq toplanışına qoşulub və bu gün məşqdə iştirak edib.  

Millimizdə yer alan daha bir futbolçu – Riçard Almeyda isə yaxın günlərdə Avstriyaya gələrək toplanışda iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43