Kateqoriyasız

7 oyundur qol buraxmayan Emil Balayevdən qələbə şərhi

Qazaxıstanın “Tobol” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev Premyer Liqanın 27-ci turunda səfərdə “Şaxtyor”a qalib gəldikləri (1:0) görüşü şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı qolkiper bunları deyib:

“Oyuna maksimum güclə hazırlaşmışdıq. Bunun olduqca vacib görüş olduğunu bilirdik. “Şaxtyor” çox keyfiyyətli futbol nümayiş etdirən komandadır. Topa nəzarət etməyi sevirlər. Komandamız bu qələbədən məmnundur. Qarşıda bizi “Jetsu” ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük”.

Qeyd edək ki, “Tobol” 58 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

Ramil Şeydayevdən məhsuldar ötürmə, “Dinamo”dan qələbə

admin

“Neftçi”nin qətlə yetirilən rəisi – Onun haqda nə bilirik?

admin

I Divizion: Daha 3 oyun keçirilib

admin