Kateqoriyasız

70-ci ev məğlubiyyəti

“Sumqayıt” Premyer Liqada 70-ci ev məğlubiyyətini alıb.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Misli Premyer Liqasının XI turunun “Zirə” ilə görüşündə iki cavabsız qol buraxıb.

Komanda öz meydanındakı 169-cu qarşılaşmada 70-ci dəfə xalsız qalıb. Sumqayıtlılar evdə 70 və daha çox oyunda uduzan 5-ci komanda olub.

“Sumqayıt” ilk ev yenilgisini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43