Dünya futbolu

71 yaşlı azarkeş: “Yaşadığım müddətcə komandama dəstək olacam”

Türkiyənin Həvəskalar Liqasında çıxış edən “İçköyspor”un ən sadiq azarkeşi 71 yaşlı Hanım Ölçerdir.

O, prezidenti oğlunun olduğu bu klubun illərdir heç bir matçını qaçırtmır. H.Ölçer  istər ev oyununda, istərsə də səfər oyununda komandasının yanında olur. Bu yaxınlarda Türkiyə mətbuatına müsahibə verən 71 yaşlı qadın bunun bir sevgi olduğunu və ancaq öldüyündə bitəcəyini bildirib:

“İllərdir “İçköyspor”un hər oyununa  gedirəm. Sağ oluğum müddətcə də getməyə davam edəcəm. Getmədiyim gün öldüyüm gün olacaq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43