Kateqoriyasız

8-ci qarşılaşma

“Zirə” Azərbaycan Premyer Liqasının 3-cü turunda “Sabah”la qarşılaşacaq.

Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş rəqiblər arasında Premyer Liqadakı 8-ci oyun olacaq. İndiyədək “qartallar” 7 dəfə “Sabah”la üz-üzə gəlib. İlk dəfə 2018/19 mövsümündə qarşılaşan rəqiblər həmin çempionatda 4, 2019/20 mövsümündə 3 dəfə görüşüb. Son dörd matçda uduzmayan “Zirə”nin hesabında 2 qələbə və 2 heç-heçə var. Qəsətə təmsilçisi 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 9 dəfə yol tapan komanda üzvləri eyni sayda qol buraxıb.

Öz meydanında 5-ci dəfə bu rəqibi sınağa çəkəcək “qartallar” 1 qələbə və 1 heç-heçəyə nail olub, 2 dəfə uduzub. Evdə üç top vuran komanda 5 qol buraxıb.

Sentyabrın 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Sabah” matçı saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43