Ölkə futbolu

8 futbolçu “Neftçi”dən ayrıldı

“Neftçi” klubunun 8 futbolçusu 21 yaşlı futbolçulardan ibarət milli komandanın düşərgəsinə çağırılıb.

Klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, onlardan Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Tərlan Quliyev və Araz Abdullayev hazırda “Neftçi”nin formasını geyinir.

Digər futbolçular – Elşən Abdullayev, Slavik Alxasov və Kərim Diniyev “Sumqayıt”, Emil Balayev isə "Araz Naxçıvan" klublarında icarə əsasında çıxış edir.

Qeyd edək ki, 21 yaşadək yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Makedoniya komandası ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43