Kateqoriyasız

8 il!

Bu gün İdmanxeber.az saytının 8 yaşı tamam olur.

2013-cü ildə idman mediasına qədəm qoyan İdmanxeber.az idmansevərləri hər zaman informasiya ilə təmin etməklə qısa müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanıb.

8 illik fəaliyyətimiz dövründə oxucularımızı idman meydanlarında baş verən ən son yeniliklərlə bağlı vaxtında məlumatlandırmaqla yanaşı, həm də ölkə idmanının inkişafına nail olmağa çalışmışıq.

İdmanxeber.az kollektivi olaraq bundan sonra da oxucularımızı operativ və dəqiq xəbərlərlə təmin etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Sonda, geridə qalan 8 il ərzində bizi hər zaman izləyən, ziyarət edən, dəstək olan hər bir dəyərli oxucumuza təşəkkür edirik.

Bizimlə qalın!

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43