Topaz Premyer Liqasının 6-cı turunda “Sumqayıt”ı qəbul edən “Simurq” ilk hissədə vurduğu qollarla rəqibini məğlub etdi – 3:1.
İdmanxeber.com sizi oyunsonrası məşqçi fikirləri ilə tanış edir.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “İlk hissədə müdafiədə zəif oynadıq. İkinci hissədə isə daha yaxşı oynadıq, bərabər oyun getdi. Səhvlərimiz üzərində işləyəcəyik”.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çempionatda asan oyun yoxdur. Bugünkü oyunun ilk hissəsində üç qol vurduq, ikinci hissədə də pis oynamadıq. Azarkeşlərimizə təşəkkürümü bildirirəm, sona qədər bizə dəstək oldular. Qələbəyə görə komandaya minnətdaram”.