“Heç bir məşqçi və futbolçuların maaaşının 20 faizi kəsilməyib. Bu yanlış məlumatdı”.
Bu sözləri idmanxeber.com saytına açıqlamasında “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib.
“Bankirlər”in rəsmisi bu gün qarşılaşacaqları “Bakı” oyununda bir müddətdir ki, zədəli olan Brüs Abdullaye və Laşa Salukvadzenin xidmətindən yararlana biləcəklə\rini açıqlayıb:
“Həm Salukvadze, həm də Brüs zədəsini sağalıblar. Onlar dünən komanda ilə birgə məşqdə iştirak etdilər. Bugünkü oyunda Kaxabar Sxadadze şans verəcəyi halda hər iki futbolçu oynaya bilər”.