"İnter"lə oyunda zədələnən Mbillanın Premyer Liqanın IX turunda "Rəvan"la oyunda meydana çıxıb-çıxmayacağı ilə bağlı suala klubdan aydınlıq gətirməyə çalışdıq.
Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a verdiyi açıqlamada böyük ehtimalla Mabillanın "Rəvan"la oyunda meydana çıxmayacağını bildirib:
"Mbillanın ayağı bərk əzilib. O, məşqlərdə iştirak edə bilmir. Böyük ehtimalla Mbilla "Rəvan"la oyunu buraxacaq. Çünki, Mabilla ayağını belə tərpədə bilmir".