“Beşiktaş”ın futbolçusu Manuel Fernandes klubunu dəyişə bilər.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, portuqaliyalı Rusiyanın “Lokomotiv” (Moskva) klubu ilə anlaşıb. Onun sezon sonunda Moskva təmsilçisinə keçəcəyi bildirilir. Türk klubundan bu barədə hələki rəsmi açıqlama gəlməyib.