Qış fasiləsində Bakının “İnter” klubundan ayrılan Joao Paulo özünə yeni klub tapıb. 26 yaşlı braziliyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Kaxaber Sxadadzeyə lazım olmayan oyunçusu Sorokaba “Atletiko”suna keçib. Bu keçid "transfer pəncərəsi"nin son günündə reallaşıb.