28 Sentyabr 2024
Kateqoriyasız

“Barselona” və PSJ eyni hesabla qələbə qazanıb 1/4 finala yüksəldilər

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub.

İdmanxeber.com-un məlumatına görə, Fransanın PSJ klubu səfərdə darmadağın etdiyi Leverkuzen “Bayer”ini öz meydanında da məğlub edərək növbəti mərhələyə adlayıb. 

Günün maraqlı qarşılaşması isə İspaniyada baş tutub. Burada “Barselona” “Mançester Siti”ni qonaq edib. İlk görüşdə iki cavabsız qolla qalib gələn katalonlar cavab görüşündə də azarkeşlərini sevindirərək adını 1/4 final mərhələsinə yazdırıb. 

12 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. “Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) (İlk oyun – 2:0) – 2:1

Qollar: Messi, 67, Daniel Alveş, 90+1, Kompani 89

Qırmızı vərəqə: Zabaleta, 78 (“Mançester Siti”)

23:45. PSJ (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya) (İlk oyun – 4:0) – 2:1

Qollar: Sam, Marqinos, 13, Lavezzi, 53 

Qırmızı vərəqə: Can, 68 (“Bayer”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43