19 Sentyabr 2024
Kateqoriyasız

Pantiç Rauf Əliyevin durumuna aydınlıq gətirib, Pena məsələsinə toxundu

Sabah  Topaz premyer-liqasının 27-ci turu çərçivəsində “Bakı” səfərdə AZAL-la qarşılaşacaq. 

İdmanxeber.com-un məlumatına görə, bu gün isə oyunöncəsi son məşqini keçən komanda baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:

“Əlbəttə, ölkə kubokunun ¼ finalında “Rəvan”a yenilib mübarizəni dayandırmaq üzücüdü. Ancaq olanlar keçmişdə qaldı. Hər şeyə rəğmən, biz toparlanmalıyıq və AZAL-la oyunda qələbəni düşünməliyik. Bundan sonra premyer-liqa qarşılaşmalarına var gücümüzü qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Sabah AZAL-ı yenə bilsək, 4-cü dövrədə 18 xal toplamış olacağıq. Bu isə əvvəlki dövrələrdəkindən daha yaxşı nəticə sayılacaq. Bütün çətinliklərə baxmayaraq, futbolçularımda ruh yüksəkliyi yaratmağa çalışıram. Mətbuatda Marius Penanın “qara siyahı”ma düşməsi ilə bağlı yazılanlara gəlincə, deyim ki, o sabah mənimlə birgə olacaq. Bu cür fikirlərin mənası yoxdu. Hazırda müalicə alan Rauf Əliyevin xidmətindən isə “Simurq”la oyunda yararlana biləcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43