20 Sentyabr 2024
Kateqoriyasız

“Bakı”da 3 itki: Rauf, Elvin və Əfransız Şüvəlan yolçuluğu

Sabah Azərbaycan Topaz premyer-liqasının 27-ci turu çərçivəsində “Bakı” səfərdə AZAL-la qarşılaşacaq. Bu gün isə komanda oyunöncəsi son məşqini keçirib. 
İdmanxeber.com-un məlumatına görə, saat 11.10-da yüngül qaçış və isinmə hərəkətləri ilə başlayan hazırlıq ardınca yerini əyləncəli oyuna buraxıb. Belə ki, mərkəz dairənin içinə cəmlənən futbolçular təkqaldı oynayıb. Şən əhval-ruhiyyədə davam edən “kvadrat” tapşırığından sonra “zolaqlılar” maneələri keçməklə, sürətli qaçış tapşırığını yerinə yetirib. Sonda ikitərəfli oyun da baş tutub. Rəmzi olaraq “göylər” və “sarılar”ın mübarizəsində birincilər (3:0) üstün olub. 
Qeyd edək ki, icazəli olan Elvin Əliyev və dartılmış əzələsini müalicə etdirən Rauf Əliyev məşqdə iştirak etməyib. Qabırğasında əmələ gələn çatın bitişməsini gözləyən Əfran İsmayılov isə yüngül qaçışla kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43