20 Sentyabr 2024
Kateqoriyasız

“Rəvan” tam gücü ilə “Neftçi”ylə oyuna hazırdı

Topaz Premyer Liqasının 27-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Rəvan” bu gün oyunun hazırlığını başa vurub. 
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  “Bayıl Arena”da baş tutan məşqdə baş məşqçi Güvənc Kurtar futbolçularını təxminən bir saat çalışdırıb. 
Əsasən taktiki hazırlığın son mərhələsi olan məşq yüngül xarakterli olub. 
Qeyd edək ki, düşərgədə cəzalı futbolçu yoxdur: Lukaş Sapela, Novruz Məmmədov, Julio Sezar və Oke Akpoveta cəzasını başa vurub. Oke ilə qapıçı Kamal Bayramovun yüngül zədələri olsa da, bu, onların matçdakı iştirakına mane olmamalıdır.

Qeyd edək ki, sabah keçiriləcək “Rəvan” – “Neftçi” qarşılaşması saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43