Bu gün Topaz Premyer Liqasının 29-cu turu çərçivəsinə "Rəvan" öz meydanında "Sumqayıt"ı qonaq edəcək.
İdmanxeber.com bu matçı onlayn formada sizə təqdim edir.
“Rəvan”: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 21. Novruz Məmmədov (k), 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev, 8. Julio Sezar, 18. Oke Akpoveta, 16. Orxan Lalayev
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 14. Xuan Manuel Varea, 7. Elvin Həsənəliyev, 10. Tyaqo de Souza, 40. Mişel Balokoq
“Sumqayıt”: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 99. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 18. Aleksandr Çertoqanov, 77. Ramil Mansurov
***
OYUN BAŞLADI…
3-cü dəq. "Rəvan" Oke Akpoveta ilə qola yaxın olsa da, son anda onun ötürdüyü topa futbolçulardan kimsə toxuna bilməyib.
11. dəq. "Sumqayıt" küncdən zərbə yerinə yetirdi. Lakin bu epizodda meydan sahibləri diqqətlə oynadılar
15 dəq. "Sumqayıt" Məhəmməd Mirzəbəyovla qola yaxın oldu. Top qapının yanından keçdi.
17 dəq. Vurğun Hüseynov az qala "Sumqayıt"ı cərimə zərbəsindən önə keçirəckdi. Azacıq dəqiqlik çatışmadı.
23 dəq. QOOOLLL "Sumqayıt" əks hücumda "Rəvan"ı cəzalandırdı. Məhəmməd Qurbanov "aslanlar"ı məyus edir.
28. dəq. "Sumqayıt" sağ cinahdan təhlükəli hücum həyata keçirdi. Qapı önünə ötürülən topa toxunan olmadı.
32. dəq. "Sumqayıt"dan növbəti təhlükəli epizod. Mirzəbəyovun zərbəsi qeyri-dəqiq alındı.
34 dəq. "Rəvan" Sezarla qola yaxın oldu. Popoviç topu kornerə çıxardı
Fasilə…
52 dəq. Miloş Adamoviçin zırbəsi zəif olur
65 dəq. "Rəvan" bu dəqiqələrdə rəqibini qapısına doğru sıxışdırıb
69 dəq. QOOOLLL – Tyaqo hesabı bərabərləşdirdi
74 dəq. Sezarın uzaqdan zərbəsi qeyri-dəqiq alınır
85 dəq. "Sumqayıt"ın futbolçusundan qeyri-dəqiq zərbə
90 dəq. "Rəvan," 100% epizoddan yararlana bilmir
Oyun bitdi