19 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”nin futbolçusu: “Xəzər Lənkəran”la oyunda başından “podkat” edən komanda qalib gələcək”

“AZAL-nan oyunda qələbə qazanıb, uğursuzluqdan çıxmaq istəyirdik. Ancaq elə bil komanda “qara zolağ”a düşüb. Çıxa bilmirik.”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qəbələ”nin futbolçusu Ruslan Tağızadə deyib.

2014-0cü ildə ev qələbəsinə həsrət əyalət klubunun futbolçusu kubokda fərqli çıxış etdiklərini bildirib:

“Kubokda fərqli çıxış edirik. Çempionatda zəif çıxış etsək də, kubokda başqa cür oynayırıq. Çalışacağıq ki, “Xəzər Lənkəran”la oyunda qələbə qazanıb özümüzə inamı qaytaraq. “Xəzər Lənkəran”ın kuboka ehtiyacı olduğu qədər, bizim də var. Gözəl və maraqlı oyun olacaq. Bu oyunda meydanda daha çox can qoyan komanda, lazım gələndə başından “podkat” edən komanda qalib gələcək. Şanslar 50-50-yədi”.

AZAL-dan “Qəbələ”yə transfer olunan Tağızadə uğursuz nəticələri baş məşqçi amili ilə əlaqələndirmir:

“Burada baş məşqçinin səhvi yoxdu. Səhv biz futbolçulardadı. Kubokda uğurlu nəticə göstərib, “qara zolaq”dan çıxacağımıza inanırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43