Türkiyə PTT 1-ci Liqasında 36-cı turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, milli komandamızın sabiq üzvü Branimir Subaşiçin formasını geyindiyi “Orduspor” səfərdə “Bucaspor”la qarşılaşıb.
Matçın 14-cüe dəqiqəsində penaltidən vurduğu qolla komandasını hesabda önə çıxaran Subaşiçin bu zəhmətini komanda yoldaşları boşa verib. Matç meydan sahiblərinin 2-1-lik qələbəsi ilə yekunlaşıb.
Hazırda “Orduspor” 65 xalla 4-cü yerdə qərarlaşıb.