Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ” səddini aşa bilməyərək, bu il avrokuboklardan kənar qalan “Xəzər Lənkəran”ın bu nəticəsi yerli fanatları sözün əsil mənasında dəli edib.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun azarkeşləri oyundan sonra klub bazasına hücum edərək, baş məşqçi Mustafa Dənizlini istefaya səsləyiblər.