“Atletiko”nun prezidenti Enrike Serezo bu gecə “Çelsi”ylə keçiriləcək Çempionlar Liqasının cavab matçından öncə London klubunun taktikasına zarafatyana “ilişib”.
İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun başqanı ilk oyunda yalnız müdafiədə oturan İngiltərə təmsilçisi ilə cavab matçı öncəsi bunları deyib:
“Londonda 5 avtobus yoxa çıxıb. Bəlkə onlar meydanda peyda olacaqlar”.
Qeyd edək ki, bu klublar arasındakı ilk matç qolzu bərabərliklə nəticələnmişdi.