Dünyadan

“Barselona”dan “Real” inanılmaz təklif: Kataloniya klubu bu futbolçu üçün 50 milyon avrosundan keçir

“Barselona” “Real”ın aparıcı üzvlərindən olan Serxio Ramosu transfer etmək niyyətindədi.

İdmanxeber.com-un məlumatına görə, belə bir iddianı Kataloniyanın “Sport” qəzeti yayıb. 

Xəbərdə bildirilir ki, “Barsa” təcrübəli futbolçuya görə 50 milyon avrosundan keçməyə hazırdı. Bundan əlavə futbolçu ilə 2020-cü ilə kimi uzun müddətli müqavilə və hər mövsümünə 10 milyon avro ödəməyə hazır olduğunu açıqlayan “Barsa” tərəfi Ramosun verəcəyi qərarı gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43