Türkiyə birinci liqasında növbəti turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq üzvü Branimir Subaşiçin formasını geyindiyi "Orduspor" səfərdə "Şanlıurfaspor"la qarşılaşıb. 7 qolun vurulduğu qarşılaşmada əsas heyətdə meydana çıxan Subaşiç, fərqlənməyi də bacarıb.
90 dəqiqə mübarizə aparan serbəsilli azərbaycanlı futbolçu komandasının ikinci qolunun müəllifi olub.
Hazırda “Orduspor” 71 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.