19 Sentyabr 2024
Dünyadan

“Barselona”nın ulduz futbolçusu İtaliya yolunda: “Yuventus” israrlıdı

İtaliyanın “Yuventus” klubunun Aleksiz Sançes israrı davam edir.

İdmanxeber.com-un məlumatına görə, “Yuve” çilili futbolçu üçün Kataloniya klubuna rəsmi təklif göndərib. 

“Qoca Sinyora”nın baş məşqçisi Konte bu transfer üçün rəhbərliyə növbəti dəfə müraciət edib və İtaliya klubu ispanlara rəsmi təklif göndərib. “Barsa”nın hansı cavabı verəcəyi maraqla gözlənilir.

“Barselona” Sançes qarşılığında Fernando Lorente və 20 milyon avro qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43