Premyer Liqanın 2013-2014 mövsümünün qalibi olan “Qarabağ”ın UEFA çempionlar Liqasındakı potensial rəqibləri demək olar ki, bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri nisbətən zəif rəqiblə qarşılaşacaqlar.
Belə ki, Ağdam klubu aktivində olan 7,575 xalla səpələnmişlər səbətində yer alacaq.
Birinci təsnifat mərhələsindən iştirak edəcək 6 komandadan 3-ü ikinci təsnifatda səpələnməmişlər səbətində yer alacaqlar.
Ağdam klubunun sadəcə iki potensial rəqibi qeyri-müəyyən olaraq qalır. Belə ki, Çernaqoriya və Macarıstanda çempoionluq matçları davam edir. Macarıstanda “Debretsen”in sona bir tur qalaraq 3 xal öndə olması onların “Qarabağ”ın potensial rəqib olma şanslarını artırır. Elə böyük ehtimalla “Debretsen” Ağam klubunun növbəti rəqiblərindən biridi. Çernaqoriyada isə hələ ki, qeyri-müəyyənlik davam edir.
Birinci təsnifat mərhələsi
Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).
Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq) və gələcək San-Marino çempionu.
İkinci təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HJK (Finlandiya)
Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), Jalgiris (Litva).