Milli komandamızın baş məşqçisi Berti Foqts Braziliyada keçirilən və dünya çempionatının açılış oyunu olan Braziliya – Xorvatiya qarşılaşmasını canlı izləyəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
Brazliya – Xorvatiya oyunu bu gecə Bakı vaxtı ilə saat 01:00-də başlayacaq.
Xatırladaq ki, Xorvatiya millisi AÇ-2016-nın seçmə qrup mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən biridir.