19 Sentyabr 2024
Kateqoriyasız

“Milyonlarla insan penaltini görmədi?”

Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Xorvatiya üzərində 3:1 hesablı qələbəni şərh edib. Təcrübəli çalışdırıcı oyunun taleyini hakimin mübahisəli qərarlarının deyil, oyunçularının keyfiyyətli oyununun həll etdiyini dilə gətirib:

“Dünya çempionatlarında startım heç də asan alınmır. 2002-ci ildə Türkiyə yığmasına çətinliklə qalib gəldik – 2:1. 2006-cı ildə Portualiya millisini çalışdırarkən İngiltərəni 1:0 hesabı ilə məğlub etdik. Bu dünya çempionatıdı və burada hansısa komandaya qalib gəlmək elə də asan deyil.

Bununla belə, komandamın oyunundan razıyam. Mundiala qələbə ilə başladığımız və oyunda geridönüş etdiyimiz üçün şadam. Kuboka sahib olmaq üçün turnirdə 7 qələbə qazanmalısan. Artıq birində qalib gəldik”.

Skolari eyni zamanda matçın 71-ci dəqiqəsində təyin olunan penalti zərbəsini belə şərh edib: “Milyonlarla insan penaltini görmədi? Ancaq hakim gördü! Burada qərarı hakim verir. Düşünürəm ki, həmin epizodda penalti var idi. Erkən qol buraxmağımıza baxmayaraq, qələbə qazanmağı bacardıq. Əlbəttə, bu qələbədə azarkeşlərimiz də bizə kömək oldular”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43