29 Sentyabr 2024
Dünyadan

Şumaxer komadan ayıldı

Məşhur Formula-1 piloti Mixael Şumaxerdən şad xəbər var.

İdmanxeber.com-un məlumatına görə,, alman pilot artıq komadan ayılıb. Bu barədə Şumaxerin meneceri Sabine Kehm məlumat verib.Menecerin sözlərinə görə,Şumaxer  komadan ayılıb və reabilitasiya klinikasına yerləşdirilib. Keçmiş pilotun bu klinikada sağalmağa doğru gedəcəyi gözlənilir.

Qeyd edək ki, Şumaxer 2013-cü ilin dekabr ayında Alp dağları ətəyində xizək sürərkən yıxılaraq başından ciddi zədə alıb. Keçmiş pilot o vaxtdan bəri komada olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43