“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Səudiyyə Ərəbistanının “Əl Kadisiya” klubu üzərində 3:1 hesablı qələbəni şərh edib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, o, komandasının çoxsaylı qol imkanlarından istifadə edə bilmədiyini deyib:
“Rəqib tanımadığımız komanda, bizim üçün qapalı sandıq idi. Hesabda geri düşsək də, futbolçularımız 3 qol vura bildilər. Ümumiyyətlə, çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Bununla belə, komandanın hazırlığından razıyam. Əsas məqsədimiz iyulun 17-də keçiriləcək Avroliqadakı ilk oyunumuza hazırlıqdır və bu yöndə də işlərimiz gedir. Azarkeşlər bu mövsüm də “Neftçi”nin timsalında mübariz bir komanda görəcəklər”.