Çesnauskis və Şoliçi komandadan göndərən “Bakı” daha bir futbolçusuna qapını göstərib.
Bu barədə idmanxeber.com-a klubun icraçı-direktoru Yaşar Seyidov məlumat verib.
Paytaxt klubunun rəsmisi bildirib ki, müqaviləsi bitən Ettoyla yeni sözləşmə imzalanmayıb və o, komandadan göndərilib.
Qeyd edək ki, son günlər “Bakı”nın fəaliyyətini dayandıracağı haqda xəbərlər dolaşır.