Türkiyənin Ərzurum bölgəsində hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsində yüksək ab-hava hökm sürür.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, yeni mövsümə hazırlaşan Cənub komandası transfer çalışmalarını da davam etdirir. Yaxın günlərdə komamndanın düşərgəsinə hər hansı bir futbolçunun gəlməsi gözlənilmir.
Rauf Əliyev məsələsi isə hələ də olduğu kimi qalır. Yəni, futbolçu klubu ilə məsələni yoluna qoyduqdan sonra “ağ-yaşıllar”ın düşərgəsinə qoşula bilər.