02 Oktyabr 2024
Kateqoriyasız

Azərbaycan klubu 13 gündə 5 oyun keçirəcək

Yeni mövsümə hazırlığını davam etdirən AZAL gündə 1 dəfə olmaqla məşqləri davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, ötən gün baş məşqçi Tərlan Əhmədovun istəyi əsasında yarımsaatlıq yüngül məşqdən sonra ikitərəfli oyun keçirilib.

Şərti olaraq “sarılar” və “qırmızılar”ın mübarizəsindən birincilər qalib ayrılıblar – 2:1. “Sarılar”da Viktor İqbekoyi və Xuan Fransisko, “qırmızılar”da isə Rəşad Abdullayev fərqlənib.

Qeyd edək ki, bu gün keçiriləcək səhər məşqi ilə komandanın yeni mövsümə hazırlığının birinci mərhələsi başa çatacaq. AZAL iyulun 16-da səhər saatlarında Türkiyənin Bolu vilayətinə – hazırlığın ikinci mərhələsinə yola düşəcək. Qardaş ölkədə 13 gün qalacaq komanda 5 yoxlama görüçündə qüvvəsini sınayacaq. Sparrinq-rəqiblərlə bağlı işlər tamamlanmaq üzrədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43