DÇ-2014-ü dördüncü pillədə bitirən Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari istefaya göndərilib.
İdmanxeber.com-un məlumatına görə, ümumi nəticədən və son oyunlarda böyükhesablı yenilgilərdən təngə gələn Braziliya Futbol Konfederasiyasının rəhbərliyi 65 yaşlı mütəxəssislə yollarını ayırıb.
Skolari ilə yanaşı, bütün məşqçi heyəti də istefa verib. Yeni baş məşqçinin kim olacağı hələ ki, məlum deyil.