01 Oktyabr 2024
Kateqoriyasız

Millimizin rəqibləri yoldaşlıq oyunları keçirəcək

“Avro-2016″nın seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə H qrupunda mübarizə aparacaq İtaliya və Norveç yığmaları yoldaşlıq oyunları keçirəcəklər.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 3-də Londonda Norveç millisi İngiltərə yığmasının qonağı olacaq.

Bir gün sonra Bari şəhərində İtaliya millisi Hollandiya yığmasını qəbul edəcək. Noyabrın 12-də isə Oslo şəhərində Norveç – Estoniya qarşılaşması keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43