01 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” və “İnter”in Avropa Liqasındakı oyunlarının baş hakimləri müəyyənləşdi

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Koper” və “Elfsborq” – “İnter” görüşlərinin baş hakimlərinin adları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə,  ilk matçı doğma azarkeşləri önündə keçirəcək “Neftçi”nin “Koper”lə matçını belaruslu referi Denis Şerbakov idarə edəcək.

İsveçdə keçiriləcək “Elfsborq” – “İnter” görüşü isə italiyalı hakim Davide Massaya həvalə olunub.

Qeyd edək ki, “Neftçi” – “Koper” oyunu saat 20:00-da başlayacaq. “Boras Arena”da baş tutacaq “Elfsborq” – “İnter” oyunu isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43