Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında “İnter” iyulun 17-də İsveçdə “Elfsborq”un qonağı olacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu komandalar arasında bir həftə sonra Bakıda baş tutacaq oyun üçün 3 min biletin satışa çıxarılması gözlənilir.
İyulun 24-də “Şəfa” stadionunda baş tutacaq cavab oyunu üçün satışa çıxarılacaq biletlərin qiyməti 1 manat olacaq.