30 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”a güvəndilər, “Neftçi” şans tanımadılar

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə “Valetta” ilə qarşılaşacaq “Qarabağ” Malta klubunu səfərdə yenməlidi.

İdmanxeber.com-un məlumatına görə, hər halda bukmeker kontorları Ağdam klubunu Malta səfərində meydan sahibindən daha çox şanslı görür. Belə ki, “Qarabağ”ın səfər qələbəsi 1.75-di. Oyunun heç-heçəsi 3.40, “Valetta”nın qələbəsi isə 3.50 əmsalla dəyərləndirilib.

Avropa Liqasının ikinci təsnifatında mübarizə aparacaq “Neftçi” isə rəqiblərinə nisbətən daha şanssız görünür. Belə ki, “Neftçi”nin öz meydanındakı matçda qələbəsinə 2.40, Sloveniya klubunun “ağ-qaralar”ı yenməsinə isə 2.35 verilib.

“Elfsborq” – “İnter” matçı üçün hələ ki, əmsallar açıqlanmayıb.

VALETTA  – QARABAĞ 1 3.50 3.40 1.75

NEFTÇİ BAKI – KOPER 3 2.40 3.25 2.35


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43