30 Sentyabr 2024
Dünyadan

FIFA 576 milyon avronu 32 komanda arasında böldü: Kimin payına nə düşdü?

Braziliyada baş tutan mundialda çempion olan Almaniya millisi FIFA-dan 35 milyon avro alacaq.

İdmanxeber.com-un məlumatına görə, ali futbol qurumu 576 milyon avro mükafat fondunu dünya çempionatında çıxış edən 32 komanda arasında bölüşdürəcək ki, bundan finalçı kimi Argentinaya 25, üçüncü yerin sahibi Hollandiya yığmasına isə 22 milyon avro verəcək. 

Qrupdan çıxa bilməyən hər bir milli komanda 8 milyon avroya, eləcə də təşkilati xərclərin kompensasiya edilməsi üçün 1,5 milyon avro qazanacaq. Sözgedən mükafat milli komandaların federasiyalarının hesabına köçürüləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43