30 Sentyabr 2024
Kateqoriyasız

Qurban Qurbanov Malta klubunu zirvələrə qaldırdı: “Bu səhv fikirdi”

“Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişiklər edib. “Valletta” heyətə oyunçular cəlb edib, yerli və gənc məşqçi vəzifəyə gəlib”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə Maltada keçiriləcək ilk oyunu haqda fikirlərini açıqlayarkən daha sonra sözlərinə belə davam edib:

“Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, elədikləri transferlər də bu istəyi əks etdirir. Yeni transfer olunan oyunçular, Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından dəvət edilən futbolçulardır. Hər biri keyfiyyətli futbolçulardır. “Valletta” keçən il Avropa liqasında yaxşı təcrübə qazanmış bir komandadır. Kimlərsə fikirləşə bilər ki, bizim üçün asan rəqibdir, lakin düşünürəm ki, bu səhv fikirdir. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdur. Xüsusilə orta xətti vurğulamaq istəyirəm. Ayrıca, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu çözməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Ardınca da çalışacağıq ki, oyuna nəzarəti ələ alaq. Hesab edirəm ki, minimal hesablı qələbə və ya bərabərlik pis nəticə olmaz”.

Qeyd edək ki, “Qarabağ” – “Valletta” oyunu bu gün saat 21:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43